Sürətli müdafiə müdafiə taktikasının bir növüdür. Bu taktika top mol və ya rakdan çıxan kimi bütün müdafiə xəttinin rəqibə doğru irəliləməsindən ibarətdir. Bu texnikanın məqsədi hücum edən komandanın yer qazanmasının qarşısını almaq, rəqib oyunçuları üstünlük xəttinin arxasında dayandırmaq və pressinq vasitəsilə təşəbbüsü ələ keçirməkdir.
Lakin bu müdafiə taktikasının çatışmazlıqları da var. Bu tip müdafiədən istifadə edən komanda rəqiblərin asma zərbələrinə qarşı həssas olur və oyunçular daha çox enerji sərf edirlər. Həmçinin, müdafiə oyunçularından biri müdafiə xəttindən kənarda qalarsa, hücum edən komandanın müdafiəni yarmaq üçün geniş sahəsi yaranır.