Azərbaycan Reqbi FederasiyasıReqbi bilik mərkəzi
İngiliscə · Azərbaycanca
Reqbi terminləri
lüğəti
Oyunda işlənən anlayışları axtarın, əlifba üzrə seçin və hər bir terminin izahını ayrıca oxuyun.
22-metre line
22 metrlik xətt
Qapı xətti ilə 22 metrlik xətt arasında və toxunma xətləri daxilində olan sahə. Bu sahəyə 22 metrlik xətt daxildir, lakin qapı xətti və toxunma xətləri daxil deyil.
50-22
"50-22" qaydası
"50:22" qaydası oyun zamanı iki halda tətbiq olunur:
Accidental offside
Təsadüfi oyundan kənar vəziyyət
Qəsdən olmayan oyundan kənar vəziyyət.
Actual time
Faktiki vaxt
Oyunun davam etdiyi müddət (bax: oyun vaxtı).
Advantage
Üstünlük
Rəqibin qayda pozuntusundan sonra meydana çıxan açıq və real taktiki və ya ərazi üstünlüyü.
Advantage line
Üstünlük xətti
Bu, açıq oyun zamanı qayda pozuntusu baş verdikdə, həmçinin rak, mol və ya skram zamanı müəyyən edilən və cəhd sahəsi xəttinə paralel olan şərti xətdir.
Ankle tap
Ayaq biləyinə toxunma
Ayaq biləyinə toxunma yaxalama fəndinin bir variantıdır. Bu fənd topu olan oyunçu sürətlə qaçarkən, müdafiə edən komandanın oyunçusu isə ona çatmağa çalışaraq arxadan yaxınlaşdıqda istifadə olunur.
Attacking team
Hücum edən komanda
Oyun öz sahəsində aparılan komanda.
Ball back
Topun qaytarılması
Əgər oyunçu 22 metrlik sahədən kənardan öz komanda yoldaşına ötürmə verirsə, top rəqib komandanın oyunçusuna toxunmursa və 22 metrlik sahədə topu qəbul edən oyunçu topu birbaşa auta vurursa, top 22 metrlik sahədən, yəni zərbənin yerinə uyğun nöqtədən oyuna daxil edilir.
Ball carrier
Top daşıyan
Topa sahib olan oyunçu.
Binder
Bağlanmış
Təmasdan əvvəl komanda yoldaşına tutunan oyunçu.
Binding
Bağlama
Bir oyunçunun çiyinlərdən ombaya qədər başqa bir oyunçunun bədənini tam şəkildə əllə tutması.
Blindside
"Kor" tərəf
"Kor" tərəf skram və ya rak formalaşdıqda, oyun sahəsinin yan xəttinə daha yaxın olan tərəfdir. Bu tərəfdə yerləşən flanker "kor" tərəfi qorumaq vəzifəsini daşıyır.
Blitz defence
Sürətli müdafiə
Sürətli müdafiə müdafiə taktikasının bir növüdür. Bu taktika top mol və ya rakdan çıxan kimi bütün müdafiə xəttinin rəqibə doğru irəliləməsindən ibarətdir. Bu texnikanın məqsədi hücum edən komandanın yer qazanmasının qarşısını almaq, rəqib oyunçuları üstünlük xəttinin arxasında dayandırmaq və pressinq vasitəsilə təşəbbüsü ələ keçirməkdir.
Blood bin
Qanaxmaya görə oyunçu əvəzedilməsi
Zədəsi qanaxma ilə müşayiət olunan oyunçu ilkin tibbi yardım almaq üçün cari oyun vaxtının 15 dəqiqəsinədək meydançanı tərk edə bilər. Bu müddət ərzində zədəli oyunçunu başqa oyunçu əvəz edə bilər.
Blood injury
Qan xəsarəti
Nəzarətsiz aktiv qanaxma.
Bonus points
Bonus xallar
Bonus xalları müəyyən şərtlər yerinə yetirildikdə komandanın turnir cədvəlində aldığı əlavə xallardır. Bu sistem hücum xarakterli oyun tərzini təşviq etmək və qapıya zərbələrin sayını azaltmaq məqsədilə tətbiq edilmişdir.
Box-kick
Qutu zərbəsi
Skram (scrum), rak (ruck) və ya moldan (maul) topu çıxaran skram-haf (ötürən yarımmüdafiəçi) öz ön xətt oyunçularının arxasında duraraq topu yuxarıya və rəqib komandanın arxasında boş qalan sahəyə vurur. Bu taktik zərbə "qutu zərbəsi" (box-kick) adlanır.
Brake foot
"Əyləc" ayağı
Hooker (orta cərgə oyunçusu) tunelin ortasında bir ayağını irəli qoyaraq sabitlik təmin edir və eksenel yüklənmənin qarşısını alır. Bu mövqe "Əyil" və "Bağlan" elementləri zamanı saxlanılır. Ayaq yalnız "hazır" siqnalından sonra və topa zərbə vurmazdan əvvəl geri çəkilə bilər.
Breakdown
Rakda top uğrunda mübarizə
Reqbidə "breakdown" ifadəsi açıq oyunda top daşıyıcısının yaxalanmasından sonra, top uğrunda mübarizənin aparıldığı mərhələni təsvir edir. Bu mərhələdə oyunçular topa sahib olmaq uğrunda mübarizə aparır və topu əlləri və ya ayaqları ilə oynamağa çalışırlar. Topu əldə etdikdən sonra komanda hücumu davam etdirə və ya topa nəzarəti itirdikdə müdafiəyə keçə bilər.
Captain
Kapitan
Komandanın təyin etdiyi, komandanı idarə edən, hakimlə məsləhətləşən və qərar seçimlərini bildirən oyunçu.
Catch
Topu tutmaq
Topun əllə və ya qolla nəzarət altında saxlanması.
Caution
Xəbərdarlıq
Qaydaları qəsdən və ya dəfələrlə pozan oyunçuya xəbərdarlıq edilir və ona sarı vərəqə göstərilir. Xəbərdarlıq alan oyunçu 10 dəqiqə müddətinə oyundan kənarlaşdırılır (müvəqqəti kənarlaşdırma).
Charge-down
Topun bloklanması
Rəqib oyunçu topu ayaqla vurarkən (həm oyundan, həm də konversiya zərbəsi zamanı) üzərinə qaçan oyunçunun bu zərbəni bloklaması. Bu hal charge-down (zərbənin bloklanması) adlanır. Bir çox hallarda bu, cəhd (try) qazanmaq üçün əla imkan yaradır.
Choke tackle
Boğucu tutma
Müdafiə olunan komandanın oyunçuları topla olan rəqibi ayaqda saxlayaraq tuturlar və topu bloklamaqla onun ötürmə etməsinə və ya yerə yıxılmasına imkan vermirlər. Bu, icrası mürəkkəb bir fənd olsa da, mol (maul) yaradaraq topa sahibliyi ele keçirmək üçün böyük üstünlük verir.
Conversion
Konversiya (Konversiya zərbəsi)
Komanda cəhd (try) etdikdə, konversiya zərbəsi vurmaq hüququ qazanır. Konversiya zərbəsi cəhdin edildiyi nöqtədən yan xəttə paralel olan xətt boyunca meydançanın istənilən məsafəsindən vurula bilər. Bu səbəbdən komandalar cəhdi qapı dirəklərinə mümkün qədər yaxın zonada etməyə çalışırlar ki, vurulacaq zərbənin bucağı daha rahat olsun. Konversiya zərbəsi cəhd qazanılan eyni topla yerinə yetirilməlidir.
Counter rucking
Əks-rak (raka qarşı mübarizə)
Əks-rak müdafiə olunan komandanın rəqib rakına kollektiv təzyiq göstərərək top üzərində nəzarəti geri qaytarmağa çalışdığı hərəkətdir.
Crash ball
Uçurumlu top
Sürətlə müdafiə xəttinə tərəf qaçan hücumçu pas alaraq birbaşa rəqib oyunçuların üzərinə hücum edir. Bu fəndin məqsədi rəqib müdafiəçilərini özünə tərəf çəkmək, müdafiə xəttini yarmaq və ya komanda yoldaşları üçün boş sahə yaradaraq növbəti hücum fazası üçün üstünlük təmin etməkdir.
Crocodile roll
Timsah fırlanması
Qadağan edilmiş hərəkət; ayaqları üzərində dayanan oyunçunu yandan buraraq və ya çəkərək yerə yıxmaq. Tez-tez oyunçunun aşağı ətraflarına zərər vurur.
Cross-field kick
Çarpaz zərbə
Bu, topun meydançanın bir cinahından digər cinahına yüksək trayektoriya ilə vurulduğu diaqonal zərbədir. Zərbə zamanı hücum edən və müdafiə olunan komandaların oyunçuları arasında havada top uğrunda mübarizə gedir. Bu fənd daha çox rəqibin 22 metrlik zonasında cəhd zonasına (in-goal) doğru ayaqla edilən ötürmələr zamanı tətbiq olunur. Bu taktiki zərbədən tez-tez hakim hücum edən komandaya üstünlük (advantage) verdiyi anlarda istifadə edilir, çünki uğursuzluq baş verərsə, topu itirmək riski yoxdur və oyun cərimə zərbəsi ilə bərpa olunur.
Dead
Ölü
Hakim fit çaldıqda oyun dayanır və ya uğursuz çevirmədən sonra top "ölü" sayılır.
Dead ball line
Ölü xətt
Oyun sahəsinin hər iki ucundakı xətlər (sahənin bir hissəsi deyil).
Defending team
Müdafiə olunan komanda
Oyun rəqibin sahəsində aparılan komanda.
Direct touch
Birbaşa toxunma
Topun oyun sahəsinə və ya digər oyunçuya toxunmadan birbaşa toxunma xəttindən kənara çıxması.
Drift defence
Sürüşən müdafiə, sürüşdürmə
Drift müdafiəsi — hücum edən komandanı meydançanın yan (aut) xəttinə doğru sıxışdırmaq üçün tətbiq edilən müdafiə taktikasıdır. Müdafiə xətti rəqiblə birbaşa toqquşmaya girmədən, diaqonal boyunca yan xəttə doğru sürüşərək rəqibin hücum sahəsini daraldır. Nəticədə hücum edən tərəf meydançanın kənarına sıxılır, hücumu inkişaf etdirmək və ya topu komanda yoldaşlarına ötürmək imkanından məhrum olur.
Drop kick
Drop-kik (Drop zərbəsi)
Drop-kik — oyunçunun topu əlindən yerə buraxaraq, yerə dəyib ilk qayıtdığı an ayaqla vurduğu zərbədir. Matçın başlanğıc zərbələri (kick-off), eləcə də Reqbi-7-də həm başlanğıc zərbələri, həm də konversiya zərbələri məhz bu üsulla yerinə yetirilir.
Drop-goal
Drop-qol
Drop-qol komandaya 3 xal qazandıran zərbə növüdür. Drop-qol vurmaq üçün oyunçu topu əlindən buraxmalı və top yerə dəyib qayıtdığı an (drop-kik) onu rəqib qapısının dirəkləri arasından keçirməlidir. Sərbəst zərbə (free-kick) hüququ qazanan komanda top «ölü» olana, rəqib oyunçu topa toxunana və ya topu daşıyan oyunçuya qarşı tutma (tackle) tətbiq edilənədək açıq oyundan drop-qol vura bilməz. Bu məhdudiyyət sərbəst zərbə əvəzinə seçilən skram (scrum) tirajına da şamil edilir.
Dummy pass
Alladıcı ötürmə
Topla olan oyunçunun pas vermə imitasiyası etdiyi, lakin topu özündə saxlayaraq hücumu müstəqil davam etdirdiyi fənd. Bu texnikanın məqsədi rəqib müdafiəçilərin diqqətini pası alması gözlənilən oyunçuya yönəltmək, müdafiə xəttini aldatmaq və hücumun inkişafı üçün sərbəst sahə yaratmaqdır.
Dummy runner
Saxta qaçış edən oyunçu (Yalançı qaçış)
Hücum taktikası. Hücum edən komandanın oyunçusu sürətlə qaçaraq pas alacağı görüntüsü yaradır, lakin ötürmə başqa oyunçuya edilir və ya topu daşıyan oyunçu özü irəliləyir. Aldadıcı ötürmədə (dummy pass) olduğu kimi, bu taktik gedişin məqsədi rəqib müdafiəçilərini özünə tərəf çəkmək və hücumun inkişafı üçün sərbəst sahə yaratmaqdır.
Dump tackle
Aşıraraq tutma
Aşıraraq tutma — oyunçunun topla olan rəqibini qucaqlayıb yerdən qaldıraraq yıxdığı tutma texnikasıdır. Bu fəndin qaydalar çərçivəsində sayılması üçün tutmanı edən oyunçu rəqibini təhlükəsiz şəkildə yerə endirməli və onunla birlikdə qazonun üzərinə yıxılmalıdır.
Field of play
Oyun sahəsi
Qapı xətləri və toxunma xətləri arasındakı sahə. Bu xətlər oyun sahəsinə daxil deyil.
Field of play / Pitch
Meydança
1-ci qaydada göstərilən meydança sxeminə daxil olan bütün sahə.
Flying wedge
"Uçan kəllə" hücumu
Qadağan olunmuş hücum növü; ümumiyyətlə, cərimə və ya sərbəst zərbədən sonra və ya açıq oyunda baş verir. Oyunçular top daşıyanın hər iki tərəfinə yapışaraq önə doğru hərəkət edir.
Forward
İrəli
Rəqibin ölü top xəttinə doğru istiqamət.
Forward pass
Qabağa (irəli) pas
Oyun qaydalarına görə topdan irəlidə olan komanda yoldaşına pas vermək qadağandır. Bu halda hakim "skram" vəziyyətini təyin edir və top rəqib komandaya keçir. Əgər oyun zamanı pas topla bir xətdə olan oyunçuya və ya arxada olan oyunçuya verilibsə və top yerə dəyib irəli istiqamətlənibsə - bu hal qaydalar çərçivəsindədir və oyun davam edir. Əgər pas bilərəkdən irəli verilirsə, o zaman cərimə zərbəsi təyin olunur.
Foul play
Qayda pozuntusu
Oyun sahəsində 9-cu qaydaya zidd olan hərəkətlər (maneə törətmə, ədalətsiz oyun, təkrarlanan qayda pozuntuları, təhlükəli oyun və intizamsızlıq).
Fourth official
Dördüncü hakim
Dördüncü hakim daimi və müvəqqəti əvəzetmələrə, eləcə də sarı vərəqə alan oyunçuların cəza müddətinə (sin-bin) nəzarət edir. O, həmçinin oyunçuların geyim və ləvazimatlarını yoxlayır, zərurət yarandıqda isə baş hakimi və ya köməkçi hakimləri əvəz edir.
Free kick
Sərbəst zərbə
Qayda pozuntusuna görə və ya işarə edildiyi üçün bir komandaya verilən zərbə.
Goal
Qol
Oyun sahəsindən topu rəqibin qapı çubuğunun üzərindən yerə vurmaq.
Goal line
Qapı xətti
Oyun sahəsinin hər iki ucundakı xətlər (sahənin bir hissəsi deyil).
Goose step
Qaz addımı
Qaz addımı (Goose step) — avstraliyalı əfsanəvi reqbiçi Devid Kampizi (David Campese) tərəfindən məşhurlaşdırılan və hazırda dünya reqbisində geniş tətbiq olunan aldadıcı qaçış texnikasıdır. Topla olan oyunçu hücum zamanı qəfil sürətini azaldır, havaya sıçrayaraq ayağını uzadır və yere enərək ani olaraq fərqli istiqamətdə sürətlənir. Bu fəndin məqsədi müdafiəçinin addım ritmini pozmaq və onu çaşdırmaqdır.
Grubber kick
Yerlə zərbə
Yerlə zərbə (Grubber kick) — topla olan oyunçunun ayaqla vurduğu və topun qazon boyunca hopbanaraq rəqib müdafiəçilərin arxasındakı boş sahəyə dumana-dumana (diyirlənərək) yönəldildiyi taktik zərbədir. Bu zərbənin məqsədi rəqib müdafiə xəttini keçmək və topun gözlənilməz trayektoriya ilə hopbanmasından istifadə edərək hücumu davam etdirməkdir.
Half-time / Interval
Fasilə
Oyun iki hissəyə bölündükdən sonra aralıq interval.
Hand-off / Fend
Ələ müdafiə
Top daşıyanın açıq əli ilə rəqibini dəf etməsinə icazə verilir.
High tackle
Yüksəkdən tutma
Topla olan oyunçunun çiyin xəttindən yuxarı nahiyəsindən (boyun, baş, çənə) tutulması reqbi qaydalarına ziddir və ciddi xəsarət təhlükəsi yaradır. Qaydaları pozan bu cür hərəkətə görə (təmasın şiddətindən və ağırlıq dərəcəsindən asılı olaraq) cərimə zərbəsi təyin edilir, oyunçuya sarı və ya birbaşa qırmızı kart göstərilir.
Hospital pass
"Xəstəxanaya" pas
Bu terminlə elə ötürmələr adlandırılır ki, topu qəbul edən oyunçunun təmas zamanı zədə almaq təhlükəsi son dərəcə yüksək olur. Adətən bu cür ötürmələri təzyiq altında təşvişə düşən oyunçular edirlər, yaxud komanda yoldaşları pas üçün vaxtında açılmadıqda məcburiyyət qarşısında bu addımı atırlar. "Xəstəxanaya" pasın nəticəsi oyunçunun ağır xəsarət alması ilə yekunlaşa bilər.
In-field
Sahə daxili
Oyun sahəsinin toxunma xətlərindən aralıda olan hissəsi.
In-goal area
Qol sahəsi
Qapı xətti ilə ölü top xətti arasındakı və toxunma-qol xətləri arasındakı sahə. Qapı xətti daxildir, lakin ölü top və toxunma-qol xətləri daxil deyil.
Interception
Topu ələ keçirmə
Müdafiə olunan komandanın oyunçusu rəqibin dəqiq olmayan, ləng və ya əvvəlcədən təxmin edilə bilən ötürməsini kəsərək topu havada və ya hərəkətdə ikən ələ keçirir. Bu hərəkət ani və təhlükəli əks-hücumun yaranmasına, çox vaxt isə komandaya birbaşa cəhd (try) vasitəsilə xal gətirilməsinə səbəb olur.
Jackler
Top qazanan
Təkldən sonra müdafiə komandasında top uğrunda mübarizə aparan ilk oyunçu. Əgər təkldə iştirak edibsə, əvvəlcə top daşıyanı açıq şəkildə buraxmalıdır.
Jackling
Caklinq (rakda topu ələ keçirmə)
Caklinq (Jackling) — reqbi oyununda müdafiəçinin topla olan rəqibi tutub yerə yıxdıqdan dərhal sonra, rak (ruck) vəziyyəti formalaşanadək topa sahiblənmək üçün etdiyi texniki fənddir. Caklinq tətbiq edən oyunçu (jackler) rəqibi tutduqdan sonra anında ayaq üstə mövqeyini bərpa etməli, öz çəkisini ayaqları üzərində saxlamalı və rəqiblərin dəstəyi çatana qədər topu ələ keçirməyə və ya onun rəqib tərəfindən çıxarılmasını bloklamağa çalışmalıdır. Bu element oyunçudan yüksək reaksiya, bədən müvazinətini saxlamaq bacarığı, fiziki güc və mükəmməl qayda biliyi tələb edir.
Jersey / Shirt
Forma
Bədən üçün nəzərdə tutulmuş, şalvar və ya alt paltarına birləşdirilməmiş köynək.
Kick
Zərbə
Topa ayaq və ya ayağın istənilən hissəsi ilə (daban istisna olmaqla) vurulan istənilən hərəkət. Top əldən və ya yerdən açıq şəkildə irəli hərəkət etməlidir.
Kick tennis
Tennissayağı zərbə mübadiləsi
Hər iki komandanın topu əldə oynamaqdan imtina edərək öz meydançasından növbə ilə uzaq məsafəli ayaq zərbələri mübadiləsi apardığı oyun üslubudur. Bu vəziyyət topun meydança boyunca gediş-gəlişinin tennis matçına bənzəməsinə görə "Kick tennis" adını almışdır. Azarkeşlər meydançada hadisələrin bu cür inkişafına mənfi reaksiya verir və bir qayda olaraq komandaları fitə basırlar. Bu vəziyyət bəzən "hava pinq-ponqu" (aerial ping-pong) da adlandırılır.
Kick-off / Drop-kick
Başlama zərbəsi
Matçın hər yarısının və əlavə vaxtın başlanğıcında yerinə yetirilən drop qol.
Kicking tee
Zərbə dayağı
Cərimə zərbəsi üçün istifadə edilən və matç təşkilatçısı tərəfindən təsdiqlənmiş hər hansı bir vasitə.
Knock-on
Əllə irəli ötürmə
Oyunçunun topu itirməsi və ya əl/qol ilə irəli vurması, top yerə və ya başqa bir oyunçuya toxunmadan əvvəl onu geri qaytara bilməməsidir.
Latcher/latcher on
Qoşulan oyunçu (Toplu oyunçuya qoşulan oyunçu)
Qoşulan oyunçu (Latcher) — açıq oyun zamanı müdafiə xəttini yarmaq və əlavə məsafə qazanmaq məqsədilə öz gücünü və çəkisini əlavə etmək üçün topla irəliləyən komanda yoldaşına qoşulan (birləşən) oyunçudur. Əgər rəqib oyunçular topla olan oyunçunu saxlayaraq ayaq üstə tuta bilsələr, adətən mol (maul) vəziyyəti formalaşır. Lakin oyunçunun topla olan komanda yoldaşına öncədən qoşulması avtomatik olaraq mol yaratmır.
Late tackle
Gecikmiş tutma
Gecikmiş tutma — rəqib oyunçu topu ayaqla vurduqdan və ya ötürmə verdikdən dərhal sonra ona qarşı yerinə yetirilən tutmadır. Bu qayda pozuntusuna görə cərimə zərbəsi təyin edilir. Bununla belə, əgər tutmanı icra edən oyunçunun top hələ rəqibin əlində olarkən bu addımı atdığı və ətalət üzündən dayana bilmədiyi aydın görünərsə, hakim kiçik yubanmaya göz yuma bilər. Bu qaydanın kobud şəkildə pozulmasına görə oyunçuya sarı və ya qırmızı vərəqə göstərilə bilər.
Line break
Müdafiə xəttinin yarılması
Müdafiə xəttinin yarılması — hücum edən komandanın oyunçusu tərəfindən tutulmadan (tackle olunmadan) rəqibin müdafiə xəttini keçmə hərəkətidir. Əgər topu aparan oyunçunun arxasınca komanda yoldaşlarının dəstəyi gələrsə, bu cür yarılma çox vaxt cəhd (try) ilə nəticələnir.
Line parallel to touchline
Toxunma xəttinə paralel xətt
Başqa qaydalar göstərilmədiyi halda, toxunma xəttinə paralel xətt.
Line speed
Müdafiə xəttinin sürəti
Müdafiə xəttinin sürəti — ildırım sürətli müdafiə (blitz defence) taktikası zamanı müdafiə xəttinin rəqiblə aradakı məsafəni azaltma sürətidir. Müdafiə xəttinin sinxron və yüksək sürətlə irəliləməsi rəqib komandanın qərar qəbul etmə vaxtını və sahəsini məhdudlaşdıraraq, onların üstünlük xəttinə (gainline) çatmasının qarşısını alır.
Line-out code
Laynaut (Dəhliz) şifri
Laynaut (Dəhliz) şifri — topun autdan oyuna daxil edilməsi zamanı komandanın tətbiq edəcəyi kombinasiyanı müəyyənləşdirmək üçün istifadə olunan gizli məlumat və ya kod sözüdür. Bu şifr rəqib komandanın topun laynautun hansı hissəsinə və kimə atılacağını əvvəlcədən öyrənməsinin qarşısını almaq üçün tətbiq edilir.
Lineout
Laynaut (Dəhliz)
Aut xəttindən topun oyuna daxil edilməsi üçün komandaların düzülməsi.
Lineout players
Laynaut (Dəhliz) oyunçuları
Laynaut (Dəhliz) xəttində dayanan oyunçular.
Loitering
Gecikmə
Bir oyunçunun oyundankənar (offside) vəziyyətdə qalması. Əgər bu oyunçu rəqib komandanın topu istədiyi kimi oynamasına mane olarsa, oyuna müdaxilə etdiyi sayılır və cəza alır. Rəqibin hərəkəti nəticəsində oyundankənar vəziyyətdən çıxan oyunçu üstünlük əldə etməməlidir.
Mark
İşarə
Oyunu dayandırmaq və sərbəst zərbə qazanmaq üçün, oyunçunun öz 22 metrlik sahəsində və ya qol sahəsində rəqibin zərbəsini birbaşa tutaraq "mark" qışqırması.
Mark of touch
Toxunma nöqtəsi
Topun toxunma xəttindən oyuna daxil edildiyi nöqtədən sahəyə perpendikulyar təsəvvür edilən xətt. Bu xətt qapı xəttindən beş metr içəriyə daxil olmamalıdır.
Match officials
Matç rəsmiləri
Oyunu idarə edən şəxslər – adətən bir hakim və iki köməkçi hakim (toxunma hakimləri) olur, lakin televiziyadan oyun monitorinqi aparan hakim və yeddili reqbidə qol sahəsində iki hakim də ola bilər.
Match organiser
Matç təşkilatçısı
Matçın idarə olunmasına məsul qurum. Bu, World Rugby, bir ittifaq, ittifaqlar qrupu və ya ittifaq tərəfindən təsdiq edilmiş hər hansı bir təşkilat ola bilər.
Maul
Mol
Top daşıyan oyunçu və hər iki komandadan ən azı bir oyunçunun ayaq üstə bir-birinə bağlanaraq oynadığı oyun mərhələsi.
Medical joker
Tibb "cokeri" (Zədə səbəbindən müvəqqəti müqaviləli oyunçu)
Tibb "cokeri" (Medical joker) — zədə almış əsas oyunçunu əvəz etmək üçün peşəkar klub tərəfindən qısamüddətli müqavilə ilə heyətə dəvət olunan oyunçudur. Bu termin birbaşa fransız dilindən gəlir və əksər hallarda Fransa çempionatı (Top 14 və Pro D2) ilə assosiasiya olunur. Klublar əsas oyunçunun ağır və uzunmüddətli zədələnməsi zamanı mövqeni möhkəmləndirmək üçün milli liqanın icazəsi ilə bu cür müvəqqəti transferləri həyata keçirirlər.
Misconduct
İntizamsızlıq
World Rugby-nin 18-ci qaydasına və ya matç təşkilatçısının müvafiq qaydalarına əsasən qayda pozuntusu.
Mismatch
Qeyri-bərabər qarşılaşma
Qeyri-bərabər qarşılaşma hücum edən oyunçunun sürət, çeviklik və ya fiziki güc baxımından ona uyğun olmayan müdafiəçi ilə üz-üzə qaldığı oyun vəziyyətidir.
Mulligruber
Yerdən diyirlənən zərbə
Yerdən diyirlənən zərbə — topun ot örtüyü üzərində fırlanaraq diyirlənməsi və gözlənilməz sıçrayışlar etməsi üçün birbaşa yerə vurulan zərbə növüdür. Bu zərbə əsasən topu rəqibin müdafiə xəttinin arxasına və ya qapıarxası sahəsinə (in-goal) ötürmək üçün tətbiq olunur; burada hücum edən komandanın sürətlə irəliləyən oyunçusu topu yerə sıxaraq cəhd (try) qazanmağa çalışır.
Near
Yaxın
Bir metr məsafədə.
Not straight
Əyri atış (Laynauta topu qeyri-dəqiq daxiletmə)
Əyri atış (Not straight) — laynaut (dəhliz) oynanılarkən topun qaydalara zidd olaraq qeyri-dəqiq daxil edilməsidir. Bu hal hukerin topu laynautun mərkəz xətti boyunca düz deyil, öz komandasının tərəfinə atması və bununla da rəqib komandanı top uğrunda ədalətli mübarizə aparmaq imkanından məhrum etməsi zamanı baş verir.
Obstruction
Maneə
Oyunçunun oyunda iştirakına qanunsuz şəkildə mane olmaq.
Off feet
Ayaqdan kənar
Oyunçu yerə yıxılaraq və ya digər oyunçuların üstünə düşərək ayaq üstə olmadıqda.
Off-load pass
"Offload" ötürməsi (Tutulma anında ötürmə)
"Offload" ötürməsi — oyunçu rəqib tərəfindən tutulduğu (tackle edildiyi) və ya yerə yıxıldığı anda verdiyi qısa ötürmədir. Bu ötürmə hücumun dinamikasını və sürətini saxlayaraq rakların (ruck) yaranmasının qarşısını alır və müasir reqbinin en baxımlı, gözəl elementlərindən biri hesab olunur.
Offside
Oyundankənar
Oyunçunun mövqe qaydalarını pozması və oyuna müdaxilə etməsi cəza ilə nəticələnir.
On feet
Ayaqda
Oyunçunun bədəni yerə və ya başqa oyunçuya söykənmədikdə ayaq üstə sayılır.
On the full
Birbaşa auta zərbə
Birbaşa auta zərbə — ayaqla vurulan topun oyun meydançasına və ya hər hansı bir oyunçuya dəymədən birbaşa yan xətdən kənara (auta) çıxması halıdır.
Onside
Oyunda (Oyundaxili vəziyyət)
Oyunçu oyundankənar (offside) xəttinin arxasında (öz qapı xəttinə tərəf) olduğu bütün hallarda oyunda (onside) hesab olunur. Oyunda olan oyunçular matçda fəal iştirak etmək hüququna malikdirlər.
Open play
Açıq oyun
Başlama zərbəsindən, sərbəst və ya cərimə zərbəsindən və ya digər oyun bərpa üsullarından sonra, lakin top "ölü" elan olunana qədər davam edən oyun müddəti.
Openside
Açıq tərəf
Açıq tərəf — skramın, rakın, molun və ya laynautun (dəhlizin) qurulduğu nöqtədən ən uzaq yan xəttə qədər olan meydançanın geniş hissəsidir. Hücum edən komanda üçün hücum xəttini qurmaq və hücum manevrləri etmək üçün əsas geniş sahə hesab olunur.
Overlap
Ədəd üstünlüyü (Say üstünlüyü)
Ədəd üstünlüyü (Overlap) — meydançanın müəyyən bir tərəfində hücum edən komandanın oyunçularının sayca müdafiə olunan rəqib oyunçulardan çox olduğu vəziyyətdir. Hücum edən komanda bu say üstünlüyündən və "artıq" (sərbəst) qalmış oyunçudan istifadə edərək topu cinaha ötürməklə cəhd (try) qazana bilər.
Participating players at a lineout
Laynaut (Dəhliz)da iştirak edən oyunçular
Laynaut (Dəhliz) xəttində olan oyunçular, hər komandadan bir qəbul edən oyunçu (əgər varsa), topu atan oyunçu və onun qarşısındakı rəqib oyunçu.
Pass
Ötürmə
Oyunçunun topu başqa oyunçuya ötürməsi.
Penalty
Cərimə
Ağır qayda pozuntusuna görə komandaya qarşı tətbiq olunan cəza.
Penalty kick
Qapıya cərimə zərbəsi
Qapıya cərimə zərbəsi — cərimə təyin edildikdə komandanın qayda pozuntusunun baş verdiyi nöqtədən qapıya dəqiq zərbə vurmaq seçimidir. Top vurularkən qapı çərçivəsindən kənara çıxarsa və ya dəyməzsə, rəqib oyunçular bundan istifadə edərək topu götürə və əks-hücum təşkil edə bilərlər. Zərbə dəqiq olarsa və top qapı çubuqlarının arasından keçərsə, komanda 3 xal qazanır.
Penalty try
Cərimə cəhdi
Hakimin fikrincə, əgər rəqibin qayda pozuntusu olmasaydı, mütləq və ya daha əlverişli mövqedə cəhd vurulacaqdısa, bu halda cəhdi avtomatik hesaba yazır.
Phase of play
Oyun mərhələsi
Skram, Laynaut (Dəhliz), rak və ya mol mərhələləri.
Place-kick
Yerə qoyulmuş zərbə
Topun yerə (və ya təsdiqlənmiş zərbə dayağına) qoyulduqdan sonra vurulması.
Placer
Zərbə tutan oyunçu
Komanda yoldaşı üçün yerə qoyulmuş zərbə zamanı topu tutan oyunçu.
Plane of touch
Toxunma xətti müstəvisi
Toxunma xəttinin və ya toxunma-qol xəttinin üzərindəki şaquli sahə.
Played
Oynanmış top
Oyunçunun topa bilərəkdən toxunması.
Player grounded
Yerə düşmüş oyunçu
Bax: "Ayaqdan kənar".
Players' clothing
Oyunçuların geyimi
World Rugby qaydalarına uyğun gələn oyunçuların geyimi.
Playing area
Oyun sahəsi
Oyun meydançası və qol sahələri. Toxunma xətti, toxunma-qol xətti və ölü top xətti bu sahəyə daxil deyil.
Playing enclosure
Oyun ərazisi
Oyun sahəsi və onun ətrafında yerləşən perimetr sahəsi.
Playing time
Oyun vaxtı
Faktiki oyun müddəti, dayanmalar istisna olmaqla.
Position
Meydanda oyunçu mövqeləri
Oyunçu mövqeyi reqbi meydanında hər bir oyunçunun əsas vəzifəsini və yerləşdiyi sahəni müəyyən edir. Reqbi ittifaqında komanda skram oyunçularından və beklərdən ibarət olmaqla 15 əsas mövqeyə bölünür.
Possession
Topa nəzarət
Oyunçunun və ya komandanın topa nəzarət etməsi və ya onu ələ keçirməyə çalışması.
Professional foul
Peşəkar qayda pozuntusu (Taktik fol)
Peşəkar qayda pozuntusu (Taktik fol) — rəqibin ehtimal olunan cəhdinin (try) və ya təhlükəli hücumunun qarşısını almaq məqsədilə şüurlu və qəsdən törədilən qayda pozuntusudur.
Punt
Pant zərbəsi
Oyunçunun topu yerə düşmədən havaya buraxıb vurması.
Quick throw
Sürətli atış
Laynaut (Dəhliz) xətti tam formalaşmadan öncə topun oyuna daxil edilməsi.
Rearmost player
Ən arxadakı
Komandanın öz qapı xəttinə ən yaxın mövqedə olan oyunçu.
Receiver
Qəbul edən oyunçu
Laynaut (Dəhliz)dan top ötürüləndə onu qəbul etmək üçün hazır vəziyyətdə dayanan oyunçu.
Red card
Qırmızı kart
Hakimin oyunçunun matçdan daimi olaraq uzaqlaşdırıldığını bildirmək üçün göstərdiyi kart.
Red zone
Qırmızı zona
Qırmızı zona — komandanın qapı xətti (zəbt xətti) ilə 22 metrlik xətt arasında yerləşən strateji ərazini ifadə etmək üçün məşqçilər və analitiklər tərəfindən istifadə olunan termindir.
Replacement
Dəyişiklik
Oyunçunun zədəyə görə və ya taktiki səbəblərdən başqa oyunçu ilə əvəz edilməsi.
Restart kick
Yenidən başlama zərbəsi
Qol və ya toxunmadan sonra oyunun drop qol ilə yenidən başlaması.
Ruck
Rak
Hər iki komandadan oyunçuların topun ətrafında bir-birinə yaxın dayanaraq oyunu davam etdirdiyi mərhələ.
Rucking
Rakda top uğrunda mübarizə
Ayaqlardan istifadə edərək rak içində top uğrunda mübarizə aparmaq.
Sanction
Cəza
Qayda pozuntusundan sonra oyunun bərpa üsulu.
Scrum
Skram
Adətən hər komandadan səkkiz oyunçunun təşkil etdiyi bağlanmış oyun vəziyyəti.
Scrum zone
Skram zonası
Skram-ın aparılmasına icazə verilən sahə.
Sent off
Oyundan qovulma
Qırmızı kart göstərilən oyunçunun oyundan daimi uzaqlaşdırılması.
Shoeing
Ayaqla itələmə / Təmizləmə
Brakdaun və ya rak zamanı rəqib oyunçu yıxıldıqdan sonra dərhal kənara çəkilmədikdə, ayaq üstə qalan hücumçu oyunçu butsları vasitəsilə onu yerdən itələyərək uzaqlaşdırmağa çalışır.
Short arm penalty
Qısa qol ilə cərimə işarəti
Sərbəst zərbənin digər adıdır. Baş hakimin sərbəst zərbə təyin edərkən dirsəkdən bükülmüş qolunu yuxarı qaldırması jestindən qaynaqlanır.
Shorts
Şort
Oyunçuların dizin üstündə bitən, elastik bel bandı və ya bağcıqla saxlanılan və formaya və ya alt paltarına birləşdirilməyən geyimi.
Sin bin
Cərimə skamyası
Sarı vərəqə alan oyunçunun on dəqiqə ərzində qalmalı olduğu məhdud zona. Yüksək səviyyəli oyunlarda bu zonaya ehtiyat hakim və ya inspektor nəzarət edir.
Spear tackle
Baş aşağı yıxma / Təhlükəli yıxma
Tutulan oyunçunun yuxarı qaldırılaraq başıaşağı şəkildə yerə atılması və ya sancılması ilə nəticələnən təhlükəli mübarizə növüdür.
Tackle
Tutuş
Tutuş — rəqibin top ilə irəliləməsini dayandırmaq məqsədi daşıyan güc tətbiqidir. Hücum edən oyunçu rəqib komandanın bir və ya bir neçə oyunçusu tərəfindən qucaqlanıb yerə yıxıldıqda və saxlanıldıqda tutuş uğurlu sayılır.
Tap kick
Qısa zərbə / Ayaqla qısa zərbə
Cərimə və ya sərbəst zərbə zamanı tətbiq olunan zərbə növüdür. Bu zaman oyunçu topa ayağı ilə toxunaraq onu görünən məsafəyə hərəkət etdirməli (ayaqdan əllərə ötürməli) və bundan sonra ötürmə etməli və ya oyunu müstəqil şəkildə davam etdirməlidir.
Tap-tackle
Ayaqdan tutuş / Topuqdan tutuş
Baxmayaraq ki, bu hərəkət tutuş adlanır, əslində rəqib hər iki əlüstü qucaqlanıb yerdə saxlanılmır, məhz buna görə də həmin oyunçu tez qalxıb qaçmağa davam edə bilər.
Ten Metre Law
On metr qaydası
On metr qaydası — hücum edən komandaya sərbəst oyun qurmaq imkanı yaratmaq məqsədilə tətbiq edilən qaydadır. Cərimə zərbəsi təyin olunduqdan sonra qaydanı pozan tərəf pozuntunun baş verdiyi sondan özünün zəmin (qol) sahəsinə doğru ən azı 10 metr geri çəkilməlidir. İstisna hal isə pozuntunun zəmin xəttindən 10 metrdən daha yaxın məsafədə baş verdiyi vəziyyətdir.
Test match
Test matçı
Rəsmi yarışlar çərçivəsindən kənarda keçirilən beynəlxalq səviyyəli matç. Yoldaşlıq oyunlarından fərqli olaraq, test matçlarının nəticələri World Rugby reytinqinə daxil edilir.
TMO
Video-köməkçi hakim / Televiziya matç hakimi (TMO)
Television Match Official (TMO) — əsas hakimə mürəkkəb epizodlarda operativ qərar qəbul etməyə kömək etmək üçün təkrar görüntüləri təhlil edən səlahiyyətli video hakimdir.
Touch
Kənar xətt / Aut
Yan xəttin arxasındakı ərazi. Yan xətlərin özləri oyun sahəsinə daxil deyil, kənar ərazinin (autun) bir hissəsini təşkil edir.
Touch judge
Yan xətt hakimi / Aut hakimi
Oyun meydançasının hər iki tərəfində yan xətt boyunca hərəkət edən hakim. Yan xətt hakiminin əsas vəzifələri topun auta çıxmasını izləmək, qapıdan vurulan zərbələrdən sonra nəticələri qeydə almaq və əsas hakimə kömək etməkdir.
Touchline
Toxunma xətti
Bax: toxunma nöqtəsi.
Truck and trailer
Yük maşını və qoşqu
Qəsdli olmayan bloklanmanı ifadə etmək üçün işlədilən danışıq termini. Bu vəziyyət o zaman baş verir ki, topu daşıyan oyunçu bir və ya bir neçə komanda yoldaşı ilə birlikdə moldan ayrılır, lakin həmin mol artıq formalaşmamış hesab olunur və topdaşıyanın qarşısında hələ də tərəfdaşları qalır. Bu, rəqiblərə tutuş etməyə imkan vermir; nəticədə müdafiə olunan komandanın xeyrinə skram təyin edilir. Reqbidə bloklama qaydaları haqqında ətraflı məlumat.
Try
Cəhd
Xal qazanmağın ən məhsuldar üsuludur və 5 xal qazandırır. Hücum edən komandanın oyunçusu topu qapı xətti (həmin xətt özü də daxil olmaqla) ilə "ölü top" xətti, yəni meydanın üz xətti arasında yerləşən zəmin (qol) sahəsinə daxil edir. Cəhd o zaman qeydə alınır ki, oyunçu topu əlində saxlamaqla yerə toxundurur və ya topu belindən boynuna qədər bədəninin hər hansı bir hissəsi və ya qolu ilə yerə sıxır. Cəhd edildikdən sonra komanda onun realizasiyasını (əlavə zərbəni) yerinə yetirmək və əlavə xallar qazanmaq hüququ əldə edir.
Tunnel
Tunel
Skram formalaşdıqdan sonra birinci xətt oyunçularının ayaqları arasındakı məsafə tunel adlanır. Skram-haf məhz bu tunelə topu daxil edir (atır).
Turnover
Topun keçməsi
Komanda breykdaun zamanı topa nəzarəti itirdikdə, onun digər tərəfə keçdiyi bildirilir. Həmçinin topun keçməsi müdafiəçilərin fəal hərəkətləri — topun müsadirə edilməsi, əks-rak, irəliyə oyun (nok-on) və ya ötürmənin ələ keçirilməsi nəticəsində də baş verir.
Twenty two metre drop-out
22 metrlik zərbə
22 metrlik drop-zərbə o zaman təyin edilir ki, hücum edən komanda topu rəqibin zəmin (qol) sahəsinə daxil etsin və müdafiə olunan tərəf onu həmin sahədə "ölü" vəziyyətə gətirsin (yerə endirsin, top ölü xəttdən və ya kənar xətdən kənara çıxsın).
Uncontested scrum
Rəqabətsiz skram
Rəqabətsiz skram komandaların birinin tərkibində ixtisaslaşmış birinci xətt oyunçusu olmadıqda, oyunçu zədələndikdə və ya meydançadan kənarlaşdırıldıqda və onu əvəz etmək üçün ehtiyat oyunçu qalmadıqda təyin edilir.
Use it or lose it
İstifadə edin və ya itirəcəksiniz
Əgər mol və ya rak irəliləməyi dayandırırsa, hakim "Topu istifadə edin" komandasını verir. Komanda topu 5 saniyə ərzində məcburən dövriyyəyə buraxmalı (ötürmə etməli və ya zərbə vurmalıdır). Əgər bu müddət ərzində top istifadə olunmazsa, hakim oyunun dayandırıldığını bildirir və topa sahib olmayan komandanın xeyrinə skram təyin edilir.
Wheeling
Skramın fırlanması
Skramın 90 dərəcədən çox fırlanması halında hakim oyunu dayandırır və skramı yenidən təyin edir. Əgər fırlanma qəsdən edilibsə və ya təkrar olunubsa, hakim tərəfindən cərimə zərbəsi təyin edilir (və ya topa sahib olan komanda qəsdən fırlatdıqda top rəqiblərə keçir).
Yellow card
Sarı kart
Hakimin oyunçuya xəbərdarlıq edib onu müvəqqəti kənarlaşdırmaq üçün göstərdiyi kart.
Axtarış sözünü və ya seçilmiş hərfi dəyişin.