Oyunçu oyundankənar (offside) xəttinin arxasında (öz qapı xəttinə tərəf) olduğu bütün hallarda oyunda (onside) hesab olunur. Oyunda olan oyunçular matçda fəal iştirak etmək hüququna malikdirlər.
Əvvəlcə oyundankənar vəziyyətə düşmüş reqbiçini komanda yoldaşları və ya rəqiblər yenidən oyuna qaytara ("onside" edə) bilərlər:
Komanda yoldaşlarının köməyi ilə: Məsələn, topa ayaq zərbəsi vuran oyunçu və ya zərbə anında oyunda olan digər komanda yoldaşı oyundankənar vəziyyətdə kalan oyunçunu geridə qoyaraq öndən qaçarsa.
Rəqibin hərəkəti ilə: Rəqib oyunçu topu tutub onunla 5 metrdən çox irəliləyərsə, ötürmə verərsə və ya topa qəsdən toxunarsa.