Əyri atış (Not straight) — laynaut (dəhliz) oynanılarkən topun qaydalara zidd olaraq qeyri-dəqiq daxil edilməsidir. Bu hal hukerin topu laynautun mərkəz xətti boyunca düz deyil, öz komandasının tərəfinə atması və bununla da rəqib komandanı top uğrunda ədalətli mübarizə aparmaq imkanından məhrum etməsi zamanı baş verir.
Bu qayda pozuntusu zamanı topa sahib olmayan rəqib komanda 15 metrlik xətt üzərində ya yenidən laynaut (dəhliz), ya da skram seçmək hüququ əldə edir.