Tutuş — rəqibin top ilə irəliləməsini dayandırmaq məqsədi daşıyan güc tətbiqidir. Hücum edən oyunçu rəqib komandanın bir və ya bir neçə oyunçusu tərəfindən qucaqlanıb yerə yıxıldıqda və saxlanıldıqda tutuş uğurlu sayılır.
Oyunçunu müəyyən bir an üçün yerdə saxladıqdan sonra tutuşu yerinə yetirən oyunçu rəqibi sərbəst buraxmalıdır. Öz növbəsində, yerə yıxılan oyunçu oyunun davam etməsi üçün dərhal topdan azad olmalı və ya ötürmə etməlidir.