Prinsip
Oyun yalnız ayaq üstə olan oyunçular tərəfindən oynanılır.
1. Topu götürmək üçün yerə yıxılan və ya top ilə birlikdə yerə yıxılan oyunçular dərhal:
a. Topla ayağa qalxmalı; və ya
b. Topu oynamalı (lakin ona ayaqla zərbə vurmamalı); və ya
c. Topu buraxmalıdırlar.
Cəza: cərimə.
2. Top oynanıldıqdan və ya buraxıldıqdan sonra yerdə olan oyunçular dərhal ya topdan uzaqlaşmalı, ya da ayağa qalxmalıdırlar. Cəza: cərimə.
3. Oyun sahəsində yerdə olan və topa sahib olmayan oyunçu oyundan kənardır və:
a. Yerdə olmayan rəqiblərin topu oynamasına və ya ona sahib olmasına imkan verməlidir.
b. Topu oynamamalıdır.
c. Rəqibə tutuş etməməli və ya tutuş etməyə cəhd göstərməməlidir.
Cəza: cərimə.
4. Ayaq üstə olan və topa sahib olmayan oyunçular yerdə topa sahib olan və ya topun yaxınlığında olan oyunçuların üstünə və ya onların üzərindən yıxılmamalıdırlar. Cəza: cərimə.
Mənbə: World Rugby, Laws of the Game Rugby Union 2026. Azərbaycan dilinə uyğunlaşdırılmış nəşr.