1. Top oval formada və dörd paneldən hazırlanır.
2. Topun ölçüləri:
- uzunluğu: 280-300 mm;
- uzununa çevrəsi: 740-770 mm;
- eninə çevrəsi: 580-620 mm.
3. Topun çəkisi 410-460 qramdır.
4. Matç təşkilatçıları daha kiçik topların istifadəsinə icazə verə bilərlər.
5. Top dəridən və ya münasib sintetik materialdan hazırlanır. Suya davamlılığını və əldə daha rahat saxlanmasını təmin etmək üçün top xüsusi vasitə ilə işlənə bilər.
6. Oyunun başlanğıcında topun daxili hava təzyiqi 65,71-68,75 kilopaskal, hər kvadrat santimetrə 0,67-0,70 kiloqram və ya hər kvadrat düymə 9,5-10,0 funt olmalıdır.
7. Matç zamanı ehtiyat toplardan istifadə edilə bilər.
Mənbə: World Rugby, Laws of the Game Rugby Union 2026. Azərbaycan dilinə uyğunlaşdırılmış nəşr.